Ordubad-Zəvvar yolu qardan təmizlənib - VİDEO

Ordubad-Zəvvar yolu qardan təmizlənib - VİDEO
# 03 iyun 2023 11:32 (UTC +04:00)

Ordubad rayonunun Şıxı yurdu adlanan ərazisindən keçən qədim Zəvvar arxının qardan və lildən təmizlənərək Dübəndi çayına və Vənənd çayına qar sularının axıdılması məqsədilə Ordubad rayon Su təsərrüfatı və Meliorasiya İdarəsi tədbirlər görməyə başlayıb.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, ümumi uzunluğu 4.5 km olan Zəvvar arxının 800 metrdən çox hissəsi qardan və lildən, Ordubad şəhərindən Zəvvar arxına qədər olan 27 km məsafədə isə yolun 5 kilometrlik hissəsi qardan təmizlənib.

Bu sahədə görülən işlər davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR