Ötən ay dissertasiya müdafiə edənlərin sayı açıqlanıb

Ötən ay dissertasiya müdafiə edənlərin sayı açıqlanıb
# 07 iyun 2022 09:52 (UTC +04:00)

Bu ilin may ayı üzrə 73 nəfər dissertasiya müdafiə edib.

APA-nın Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasına istinadən verdiyi xəbərə görə, dissertasiya işlərindən 38-i elmi müəssisələrdə, 35-i ali təhsil müəssisələrində müdafiə olunub.

63 nəfər fəlsəfə doktoru, 10 nəfər isə elmlər doktoru dərəcəsi almaq üçün dissertasiya müdafiə edib.

Ən çox dissertasiya müdafiəsi filologiya elmləri üzrə (16), ən az isə hər birində 1 olmaqla memarlıq, kimya, aqrar elmlər və coğrafiya üzrə olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR