Ötən ay "Sputnik V" vaksini üçün onlayn növbə götürən olmayıb 

Ötən ay "Sputnik V" vaksini üçün onlayn növbə götürən olmayıb 
# 08 sentyabr 2022 14:50 (UTC +04:00)

COVID-19 əleyhinə vaksinasiya üçün götürülən onlayn növbənin sayı açıqlanıb.

APA xəbər verir ki, bu, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 2022-ci ilin avqust ayı üzrə elektron xidmətlərdən istifadəyə dair yaydığı məlumatda əks olunub.

"Ötən ay onlayn qaydada əldə edilən COVID-19 PZR analizi nəticələrinin sayı 25 098 olub. COVID-19 əleyhinə vaksinasiya üçün 8 673 onlayn növbə götürülüb. Onlardan 7 410-u "Coronavac", 1263-ü "Biontec/Pfizer" üçün olub. "Sputnik V" vaksini vurdurmaq üçün onlayn növbə götürən olmayıb”, - məlumatda deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR