Ötən il ali təhsili olan 400 nəfər peşə məktəblərinə müraciət edib

Ötən il ali təhsili olan 400 nəfər peşə məktəblərinə müraciət edib
# 08 sentyabr 2022 13:17 (UTC +04:00)

Bakı şəhəri üzrə peşə təhsili almaq istəyən ali təhsilli şəxslərin göstəricisi açıqlanıb.

APA-nın məlumatına görə, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini, direktor vəzifələrini icra edən Ceyhun Kərəmov “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib ki, bu göstərici ötən il ümumi müraciət və iştirak üzrə təxminən 400 nəfər (3 faiz) təşkil edib.

O qeyd edib ki, həmin şəxslər adətən daha yüksək məvacibli işlə məşğul olmaq istədiyindən əlavə peşəyə yiyələnmək istəyir: "Onlar əsasən turizm və İKT üzrə biliyə sahiblənirlər".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR