“Peşələr festivalı” azad olunmuş ərazilərdə də keçiriləcək

“Peşələr festivalı” azad olunmuş ərazilərdə də keçiriləcək
# 07 iyun 2022 19:29 (UTC +04:00)

“Peşələr festivalı”nın işğaldan azad olunmuş ərazilərdə də keçirilməsi nəzərdə tutulur.

APA xəbər verir ki, bunu bu gün Bakıda keçirilən “Peşələr festivalı”nın bağlanış mərasimində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli deyib.

O bildirib ki, növbəti illərdə “Peşələr festivalı” daha geniş formada keçiriləcək.

“Gələcəkdə bu festivalların digər rayonlarda və geniş keçirilməsi nəzərdə tutulur. Həmçinin, bu cür festivalın azad olunan ərazilərdə keçirilməsi planlaşdırılır. Həmin ərazilər bərpa ediləndən sonra bu cür tədbirlər keçiriləcək”, - sədr qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR