Qadın əməyinin tətbiqinin qadağan edildiyi iş yerləri ilə bağlı qərar ləğv edilib

Qadın əməyinin tətbiqinin qadağan edildiyi iş yerləri ilə bağlı qərar ləğv edilib
# 01 iyun 2023 18:32 (UTC +04:00)

Qadın əməyinin tətbiqi qadağan olunan, əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlərin siyahısı ilə bağlı qərar ləğv edilib.

APA xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, artıq qadağan edilən peşə və iş yerləri bütün qadınlara deyil, yalnız hamilə və ya bir yaşınadək uşağı olan qadınlara tətbiq ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR