"Qanlı göl"ün ətrafında park salınacaq - FOTO

"Qanlı göl"ün ətrafında park salınacaq  - FOTO
# 02 fevral 2023 11:19 (UTC +04:00)

""Qanlı göl"ün ətrafındakı şamlıqda təqdim olunan layihə əsasında park salınacaq. Ərazidə boş olan yerlər də təqdim olunacaq, şirkətlər tərəfindən yaşayış binaları tikiləcək".

APA xəbər verir ki, bunu "Qanlı göl" ərazisi üzrə təqdim olunan layihələrə dair ictimai dinləmədə Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov bildirib.

Onun sözlərinə görə, parkın ərazisi 6 hektar olacaq:

"Bizim yanaşmamıza görə, seçilmiş ərazidə yaşıllıq varsa, o, landşaft olaraq saxlanılmalıdır. Bu gün yaşıllıq və su mənbələri ilə bağlı həyəcan təbili çalınır. Bəzən bizə gətirilən nümunələrdə yaşıllıqlar gizlədilir. Az əmək və xərc sərf etməklə bir iş ortaya qoyurlar. Bu, qəbuledilməzdir. Ona görə hədəfimiz əsas məqsədə nail olmaqdır. Bu baxımdan ümid edirik ki, "Qanlı göl" ərazisi üzrə keçiriləcək layihə də başqa layihələr üçün nümunə olacaq".

Tədbirdə “Qanlı göl” ətrafında görülən işlərdən də danışılıb. Qeyd edilib ki, “Qanlı göl" və bütün park ərazisindəki açıq kanalizasiya turbaları mərkəzi kanalizasiya xəttinə bağlanıb. Gələcəkdə də gölün suyunun təmizlənməsi və səthinin qorunması ilə bağlı işlər aparılacaq.

Tədbirdə həmçinin "Qanlı göl"ün adının dəyişdirilməsi müzakirə edilib, “Yaşıl göl” və ya “Şamlı göl” adlandırılması təklif olunub.

Aləmdə Nəsib

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR