Qarabağda aşkarlanan arxeoloji nümunələr açıq səma altında muzey şəklində sərgilənəcək

Qarabağda aşkarlanan arxeoloji nümunələr açıq səma altında muzey şəklində sərgilənəcək
# 07 noyabr 2022 16:19 (UTC +04:00)

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu düşmən işğalından azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda düşmənin dağıdıcı fəaliyyətinin nəticələrinin aradan qaldırılmasından sonra bu bölgədə uzun illər əvvəl dayandırılmış arxeoloji qazıntıların davam etdirilməsinə dair kompleks tədbirlər planı hazırlayıb.

AMEA-dan APA-ya verilən xəbərə görə, bu barədə institutun baş direktoru, tarix elmləri doktoru, professor Abbas Seyidov məlumat verib. Baş direktorun sözlərinə görə, hazırda elmi müəssisədə işğaldan azad olunmuş ərazilərdə arxeoloji qazıntıların aparılması zəruri olan abidələrin geniş məlumat bazası hazırlanır.

Professor Abbas Seyidov Qarabağ ərazisində aşkarlanan tapıntıların taleyinə də aydınlıq gətirib:

“Aşkar edilən bütün maddi-mədəniyyət nümunələrinin Bakıya gətirilməsi planlaşdırılmır. O tapıntıların bir hissəsi səma altında muzey şəklində bölgələrdə saxlanılacaq. Bu, həm yerli, həm də Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonuna səyahət edən və abidələrlə tanış olmaq istəyən turistlər üçün maraqlı olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR