Qeyri-rəsmi nikahdan doğulan uşaqların sayı açıqlanıb

Qeyri-rəsmi nikahdan doğulan uşaqların sayı açıqlanıb
# 28 sentyabr 2022 12:40 (UTC +04:00)

2010-2021-ci illərdə rәsmi qeydә alınmamış nikahda olan qadınlar tәrәfindәn diri doğulan uşaqların sayı açıqlanıb.

APA xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi tərəfindən hazırlanan "Azərbaycan gəncləri" statistik məcmuəsində qeyd edilib. Bildirilib ki, 2010-cu ildə 25385, 2015-ci ildə 24038, 2016-cı ildə 26288, 2017-ci ildə 22796, 2018-ci ildə 20716, 2019-cu ildə 21453, 2020-cu ildə 17714, 2021-ci ildə isə 17566 uşaq rəsmi qeydә alınmamış nikahda olan qadınlar tәrәfindәn dünyaya gətirilib.

15-29 yaşlı rәsmi qeydә alınmamış nikahda olan qadınlar tәrәfindәn 2010-cu ildə 20518, 2015-ci ildə 19701, 2016-cı ildə 21662, 2017-ci ildə 18671, 2018-ci ildə 16792, 2019-cu ildə 17160, 2020-cu ildə 14085, 2021-ci ildə isə 13694 uşaq doğulub.

15-19 yaşda rәsmi qeydә alınmamış nikahda olan qadınlar tәrәfindәn 2010-cu ildə 4787, 2015-ci ildə 6370, 2016-cı ildə 7094, 2017-ci ildə 6065, 2018-ci ildə 5527, 2019-cu ildə 5850, 2020-cu ildə 4955, 2021-ci ildə isə 4547 uşaq dünyaya gəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR