Qurban Yetirmişli: Külək və yağışın yeraltı təkanlara heç bir təsiri ola bilməz

Qurban Yetirmişli: Külək və yağışın yeraltı təkanlara heç bir təsiri ola bilməz
# 06 iyun 2023 12:40 (UTC +04:00)

Külək və yağışın yeraltı təkanlara heç bir təsiri ola bilməz.

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qurban Yetirmişli deyib.

O bildirib ki, zəlzələ dərinliklərdə baş verir: "Azərbaycanda müxtəlif dərinliklərdə zəlzələlər baş verir. Ən dərin zəlzələ ocaqları Xəzər dənizi və Kür çökəkliyindədir. Azərbaycan seysmogen bölgədir. Dünən axşamdan bu gün səhərə qədər 34 yeraltı təkan olsa da, hiss edilməyib".

O qeyd edib ki, qısamüddətli, bir neçə saatdan bir neçə günə qədər əvvəldən zəlzələ ilə bağlı proqnozu vermək mümkünsüzdür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR