Şərurda yeniyetmələr arasında dava düşüb, bir nəfər bıçaqlanıb

Şərurda yeniyetmələr arasında dava düşüb, bir nəfər bıçaqlanıb
# 06 iyun 2023 10:09 (UTC +04:00)

Şərurda yeniyetmə oğlanlar arasında dava bıçaqlanma ilə nəticələnib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə bu gün gecə saatlarında qeydə alınıb.

Belə ki, Şərur rayonu Oğlanqala kəndində kənd sakinləri 2006-cı il təvəllüdlü Sadiq Mehdiyev, 2005-ci il təvəllüdlü Məhəmmədəli Vəliyev, 2005-ci il təvəllüdlü Xoşunəli Abdullayev və Şərur rayonu Dizə kənd sakini Əli Mürsəlov arasında dava düşüb.

Dava nəticəsində, Əli Həsənov Sadiq Mehdiyev tərəfindən bıçaqlanıb. O, Naxçıvan Muxtar Respublika Xəstəxanasının Cərrahiyə şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır.

S.Mehdiyev artıq saxlanılıb.

Faktla bağlı araşdırma başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR