Siçan aşkarlanan un məmulatlarının satışı müəssisəsinin fəaliyyəti dayandırılıb - VİDEO

Siçan aşkarlanan un məmulatlarının satışı müəssisəsinin fəaliyyəti dayandırılıb - VİDEO
# 31 yanvar 2023 12:40 (UTC +04:00)

Unlu və kremli məmulatların satışı müəssisəsində siçan aşkarlanması ilə bağlı sosial media səhifələrində yayılan görüntülər əsasında Qida Təhülkəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi 1 ünvanında yerləşən fiziki şəxs Nağıyev Rafət Kontov oğluna məxsus müəssisədə aparılmış plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.

Bu barədə APA-ya Qida Təhlükəsizliyi Agentliyindən xəbər verilib.

Bildirilib ki, müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, istifadə edilən xammalların keyfiyyət və təhlükəsizliyini təsdiq edən sənədlərin mövcud olmadığı, texnoloji ardıcıllıq prinsipinin pozulduğu, temperatur rejiminin gözlənilmədiyi, çay və kofe hazırlanması üçün xüsusi şöbələrin ayrılmadığı, satışı həyata keçirilən unlu və kremli qənnadı məmulatlarına dair etiket məlumatlarının istehlakçılara təqdim olunmadığı, işçi heyətin dövri tibbi müayinədən keçmədiyi və xüsusi geyimlə, fərdi mühafizə vasitələri ilə təmin edilmədiyi , dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmadığı, havalandırma sisteminin quraşdırılmadığı, işçi masaların, divar səthlərinin asan təmizlənə və dezinfeksiya edilə bilən materialla üzlənmədiyi, tullantı qabların ağzı açıq vəziyyətdə saxlandığı aşkar olunub.

Aşkarlanmış nöqsanlarla bağlı müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

Eyni zamanda müəssisədə satışı həyata keçirilən “ekler” məhsulundan müvafiq sınaqların aparılması məqsədi ilə nümünə götürülüb və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR