Siyavuş Novruzov: Testlə müəllimin savadını yoxladın, bəs tərbiyəsini necə müəyyən edəcəksən?

Siyavuş Novruzov

© APA | Siyavuş Novruzov

# 31 may 2023 13:07 (UTC +04:00)

“Bu gün mərkəzində olan məsələ müəllimlərin sertifikasiyasıdır”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.

Siyavuş Novruzov bildirib ki, insanların bununla bağlı ciddi narahatlıqları var: “Bu sertifikatlaşma ilə bağlı hansısa ədəbiyyat və test yoxdur. Abituriyentlər üçün jurnal buraxılır və abituriyent bilir ki, nə etmək lazımdır. Neçə ildir müəllimlərin sertifikatlaşdırılması gedir, ancaq onlar üçün hansısa material hələ də hazırlanmır. Deyirlər, 56-57 mərkəzimiz var, onlar gedib orada hazırlaşa bilər. Azərbaycanda müəllimlərin sayını baxın, görək, bu qədər mərkəz yetərlidirmi? İkincisi, müəllim həm də pedaqoqdur və uşaqların tərbiyəsi ilə məşğul olur. Müəllimin testlə savadını yoxladın, bəs tərbiyəsini necə müəyyən edəcəksən? Müəllimlərin sertifikasiya ilə bağlı il tələbi məsələsi var. Bu məsələ diqqət mərkəzində olmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR