SN: Dərin anemiyası olmayan uşaqlara peyvənd vurula bilər

Erkin Rəhimov

© APA | Erkin Rəhimov

# 19 yanvar 2022 15:41 (UTC +04:00)

“Ciddi qan parçalanması, dərin anemiya yoxdursa, rahatlıqla bütün peyvəndlər vurula bilər”.

APA-nın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Erkin Rəhimov “Uşaqlarda qanazlığı” mövzusunda çıxışında deyib. O bildirib ki, çox ciddi qan itkisi ilə gedən xəstəliklər varsa, bu zaman kəskin fazada peyvəndlər vurulmur.

E. Rəhimov qeyd edib ki, ürək qüsuru olan uşaqlara da peyvənd vurula bilər: “Ana südü, peyvənd uşaqlar üçün vacib amillərdəndir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR