Bank Of Baku

“Sülhün Kökləri” təşkilatının rəhbəri aldığı 250 min dollar pul mükafatını ərazilərimizin minalardan təmizlənməsinə dəstək üçün ianə edib

“Sülhün Kökləri” təşkilatının rəhbəri aldığı 250 min dollar pul mükafatını ərazilərimizin minalardan təmizlənməsinə dəstək üçün ianə edib
# 12 may 2023 12:15 (UTC +04:00)

Ötən gün “Dünya Ərzaq Mükafatı”nın sahibi olan “Sülhün Kökləri” (“Roots of Peace”) təşkilatının rəhbəri Heidi Kuhn aldığı pul mükafatını işğaldan azad edilmiş ərazilərimizin minalardan təmizlənməsinə dəstək üçün ianə edib. O, həmçinin digər donorları da mina probleminin həllində Azərbaycana dəstək göstərməyə çağırıb.

APA xəbər verir ki, bu barədə bu gün onun "Canlanan torpaq" kitabının təqdimat mərasimində deyilib.

Qeyd edək ki, 1986-cı ildən bugünədək hər il keçirilən mükafatlandırma mərasimində irqindən, dinindən, milliyyətindən və ya siyasi əqidəsindən asılı olmayaraq, dünyada qidanın keyfiyyətini, kəmiyyətini və ya mövcudluğunu yaxşılaşdırmaqla insanlığın inkişafına dəstək göstərmiş şəxslər “Dünya Ərzaq Mükafatı” ilə təltif edilir.

Artıq 2-ci dəfə ölkəmizdə səfərdə olan təşkilat rəhbərinin kənd təsərrüfatına dəstək məqsədilə “Minalardan Üzümlüyə” (“Mines to Vines”) adlı təşəbbüsü ilə minalarla çirklənmiş ərazilərin əkin sahələrinə çevrilməsinə dəstək verir.

Qeyd edək ki, mükafatın məbləği 250 min dollardır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR