Sumqayıtda FHN-nin yanğından mühafizə hissəsinin inzibati binasının açılışı olub

Sumqayıtda FHN-nin yanğından mühafizə hissəsinin inzibati binasının açılışı olub
# 12 iyul 2019 14:19 (UTC +04:00)

Bu gün Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin 22 nömrəli Yanğından mühafizə hissəsinin açılışı olub.

APA-nın Nazirliyin saytına istinadən verdiyi xəbərə görə, açılış mərasimində Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev iştirak edib.

Yeni istifadəyə verilən hissədə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər olan stend, müasir tələblərə cavab verən dispetçer, tədris, istirahət otaqları və yeməkxana var.

70 nəfər şəxsi heyətin çalışacağı hissə ərazisində yanğın deposu, nəzarət-buraxılış məntəqəsi, qazanxana, nasosxana, su anbarı və təlim qülləsi inşa olunub.

Hissə 3 ədəd ən müasir yanğınsöndürmə avtomobili ilə təmin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR