Tarif Şurası 337 dərman vasitəsinin qiymətini təsdiqləyib

Tarif Şurası 337 dərman vasitəsinin qiymətini təsdiqləyib
# 26 iyul 2022 18:26 (UTC +04:00)

Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib.

APA xəbər verir ki, Tarif (qiymət) Şurasının iclasında, həmçinin yeni dövlət qeydiyyatına alınan 337 dərman vasitəsinin qiyməti də təsdiq edilib.

Qeyd edilib ki, ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla indiyədək topdan və pərakəndə satış qiymətləri və qüvvəyə minmə tarixi təsdiq edilən 13369 dərman vasitəsinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.

Qərarlarla Tarif (qiymət) Şurasının rəsmi saytının (www.tariff.gov.az) “Şuranın qərarları” bölməsində tanış olmaq olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR