Təhsil müəssisələrinin istilik təminatı ilə bağlı nazirliyə 1,7 min müraciət daxil olub

Təhsil müəssisələrinin istilik təminatı ilə bağlı nazirliyə 1,7 min müraciət daxil olub
# 17 mart 2023 13:33 (UTC +04:00)

Ötən il ölkə üzrə 79 təhsil müəssisəsində, o cümlədən 40 ümumtəhsil məktəbi, 1 innovasiyalar mərkəzi, 30 modul tipli məktəb, 3 peşə liseyi, 1 internat məktəbi və 4 məktəbdənkənar təhsil müəssisəsində əsaslı tam tikinti işləri aparılıb.

APA xəbər verir ki, bu, “Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabat”da əksini tapıb.

Sənəddə qeyd olunub ki, 61 təhsil müəssisəsinin, o cümlədən 29 ümumi təhsil (6 müəssisədə son tamamlama işləri aparılmaqdadır), 30 modul tipli məktəbin, 1 peşə liseyinin, 1 internat məktəbinin tikintisi başa çatdırılıb.

Eyni zamanda, 87 ümumtəhsil müəssisəsində və 1 peşə təhsil müəssisəsində təmir, 682 ümumtəhsil müəssisəsində və 5 peşə təhsil müəssisəsində cari təmir həyata keçirilib.

1,7 min müraciət üzrə ümumi və məktəbəqədər təhsil müəssisələrində istilik təminatı ilə bağlı işlər yekunlaşdırılıb. İstiliyi odunla təmin olunan 2 min təhsil müəssisəsində odun təchizatı tamamilə həyata keçirilib. Həmçinin 71 ümumtəhsil və 7 peşə təhsil müəssisəsində qazlaşma işləri aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR