Bank Of Baku

Tərtər Rayon Mərkəzi Xəstəxanasına direktor təyin olunub 

Cəlahani Sərxan

© APA | Cəlahani Sərxan

# 07 aprel 2022 14:37 (UTC +04:00)

Cəlahani Sərxan Tərtər Rayon Mərkəzi Xəstəxanasına direktor təyin olunub.

Bu barədə APA-ya TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov bununla bağlı əmr imzalayıb.

Cəlahani Sərxan 12 aprel 1981-ci ildə Sumqayıt şəhərində anadan olub.

1999-2005-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetində “Müalicə işi” fakültəsində təhsil alıb.

Daha sonra, 2006-2008-ci ildə Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Stansiyasında həkim-terapevt, 2008-2012-ci illərdə Bərdə RMX-nın həkim- anestezioloqu, 2012-2016-cı illərdə Doğum Evində Reanimasiya şöbəsi həkim- reanimotoloqu, 2016-2022-ci illər ərzində isə xəstəxananın Doğum Evinin Reanimasiya şöbəsinin müdiri kimi çalışıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR