Tovuzda avtomobil qaçırılıb

Tovuzda avtomobil qaçırılıb
# 20 yanvar 2022 12:20 (UTC +04:00)

Tovuz Rayon Polis Şöbəsinə yanvarın 19-da şəhər ərazisindən Aşağı Öysüzlü kənd sakini İ.Yusifə məxsus “VAZ-21013” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən kənd sakini A.Rüstəmov müəyyən edilərək saxlanılıb.

Tovuz RPŞ-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR