Ukrayna Silahlı Qüvvələri Rusiyaya məxsus sursat anbarını məhv edib

Ukrayna Silahlı Qüvvələri Rusiyaya məxsus sursat anbarını məhv edib
# 05 sentyabr 2022 07:58 (UTC +04:00)

Ukrayna Silahlı Qüvvələri ötən gün ölkənin cənubunda Rusiyay məxsus 6 tank, 26 digər zirehli və avtomobil texnikasını məhv edib.

APA-nın məlumatına görə, bu barədə Cənub Əməliyyat Komandanlığı “Facebook” səhifəsində məlumat yayıb.

Bundan başq 9 “Msta-S” və “Msta-B” haubitsasını, həmçinin ölkənin cənubunda bir “Eleron-10” pilotsuz kəşfiyyat aparatını vurub.

Döyüşlər zamanı sursat anbarı məhv edilib.

Həmçinin Nikolaev və Berislav vilayətlərində 247-ci hava hücumu alayının batalyon taktiki qruplarının və 126-cı ayrı-ayrı sahil müdafiəsi briqadasının iki nəzarət-müşahidə məntəqəsi vurulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR