Xarici diplomların tanınmasından imtinanın əsas səbəbləri açıqlanıb

Xarici diplomların tanınmasından imtinanın əsas səbəbləri açıqlanıb
# 23 dekabr 2021 12:15 (UTC +04:00)

Təhsildə Keyfiyyət Təminatı Agentliyi xarici diplomların tanınmasından imtinanın əsas səbəblərini açıqlayıb.

APA-nın məlumatına görə, TKTA-nın İdarə Heyətinin sədri Eldar Orucov ilin yekunlarına dair mətbuat konfransında bildirib ki, xarici diplomların tanınması zamanı imtinanın əsas səbəbləri sərhəd keçmənin və baza dil bilgilərinin yetərli olmamasıdır.

Onun sözlərinə görə, xarici ölkədə təhsil alan şəxsin ali təhsil aldığı xarici ölkəyə gedib-gəlmə müddəti yetərli olmur: "Bir də ən əsas məsələ təhsil alınan ölkənin dil bilgiləri ilə bağlıdır. 4-5 il əyani tədris alan tələbə ilə həmin ölkənin dil bilgiləri üçün müsahibə aparılır. Bu, yalnız MDB və Gürcüstanda təhsil alanlara aiddir. Çünki real statistikaya görə, digər ölkələrdə təhsil alanlar həmin ölkənin dil bilgilərinə malik olurlar. Təəssüf ki, MDB, Gürcüstanda təhsil alanların əksəriyyəti sadə dil bilgilərinə belə malik olmurlar".

E. Orucov deyib ki, Azərbaycanda xaricdə təhsil almaq üçün əsasən Gürcüstan, Rusiya və Ukraynaya üstünlük verilir: "Ancaq son dövrlərdə Qərb, Mərkəzi Asiya və Şərq ölkələrində təhsil almağa da maraq artıb".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR