Bank Of Baku

“Yaşıl Marafon” üzrə 3 milyon ağac əkilməsi nəzərdə tutulub

“Yaşıl Marafon” üzrə 3 milyon ağac əkilməsi nəzərdə tutulub
# 12 aprel 2022 12:54 (UTC +04:00)

Bu il “Ümumrespublika Yaşıllaşdırma Marafonu ”(“Yaşıl Marafon”) çərçivəsində 3 milyon tingin əkilməsi nəzərdə tutulub.

APA-nın şimal bürosunun xəbərinə görə, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib. Onun sözlərinə görə, yaz əkin mövsümdə 360 hektar ərazidə 660 minə yaxın ağac tingi əkilib: “Əkilən tinglərin arasında meşə cinsli tinglər üstünlük təşkil edir. Bununla paralel 8600-ə yaxın meşə və meyvə cinsli tinglər paylanılır. Bu proses aprel ayının sonuna kimi davam edəcək”.

Nazir müavinin sözlərinə görə, "İDEA" İctimai Birliyinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən bu kampaniya çərçivəsində bu il 3 milyon ağacın əkilməsi nəzərdə tutulub. O qeyd edib ki, ötən il 2 milyon ting əkilib: “Bu proses işğaldan azad olunan ərazilərdə də davam etdirilir. Bu, Prezident İlham Əliyevin həmin ərazilərdə ekologiya və ətraf mühitin sağlamlaşdırılması istiqamətində işlərin görülməsi ilə bağlı elan etdiyi əsas istiqamətlərdəndir. İşğaldan azad edilən torpaqlar minalardan təmizləndikcə həmin ərazilərdə də bu proses davam etdirilir”.

Qeyd edək ki, “Ümumrespublika Yaşıllaşdırma Marafonu” (“Yaşıl Marafon”) Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR