“Yüksəliş” müsabiqəsinin qalibləri mükafatlandırılıb - FOTO

“Yüksəliş” müsabiqəsinin qalibləri mükafatlandırılıb - FOTO
# 21 iyul 2022 16:23 (UTC +04:00)

ADA Universitetində “Yüksəliş” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

APA-nın məlumatına görə, tədbirdə müsabiqənin Təşkilat Komitəsinin sədri, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, iqtisadiyyat naziri Mikayıl Cabbarov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, ADA Universitetinin rektoru Hafiz Paşayev, DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) baş direktoru Balakişi Qasımov, “Yüksəliş” İşçi Qrupunun rəhbəri, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev iştirak ediblər.

Qaliblərin 5-i qadın, 17-i isə kişidir. 21-30 yaş arası 5, 31-40 yaş arası isə 17 nəfər qalib var. Builki yarışda 40-51 yaş arasında müsabiqədə iştirak edənlər arasında qalib olmayıb. Qaliblərdən 8 nəfəri dövlət sektorunda, 14-ü isə özəl, QHT və beynəlxalq təşkilatlarda çalışanlardır.

Qaliblər aşağıdakılardır:

1. Məmmədli Emil
2. Tairquliyeva-Nağıyeva Arzu
3. Hüseynov Mustafa
4. Əhmədov Əli
5. Hüseynov Elmir
6. Həziyev Elşən
7. Əzimov Azər
8. İsa-zadə Şöhrət
9. İsmayıllı İlyas
10. Ziyadov Elkiyar
11. Nağıyev Camal
12. Mahmudov Hüseyn
13. İsayev Fərid
14. Məhərrəmli Fərrux
15. Sultanlı Xanbaba
16. Balakişiyeva Nərgiz
17. Abulov Ramil
18. Məsimzadə Nihad
19. Mehriban Rəsulova
20. Hüseynov Etibar
21. İsmayılova Nərgiz
22. Vüsalə Bayramova

Qeyd edək ki, qaliblər 1 il ərzində idarəçi rəhbərlərdən - iri şirkətlərin top-menecerlərindən və dövlət qurumlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20 000 AZN dəyərində pul mükafatı gözləyir.

"Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR