9-11-ci sinif dərsliklərinə erkən nikahın mənfi nəticələrinə dair mövzular daxil edilib

9-11-ci sinif dərsliklərinə erkən nikahın mənfi nəticələrinə dair mövzular daxil edilib
# 02 fevral 2021 17:41 (UTC +04:00)

9-11-ci siniflər üçün nəzərdə tutulmuş dərsliklərə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair mövzular daxil edilib.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nın icrası üçün göstərilən orqanlar (qurumlar) tərəfindən 2020-ci ilin iyul-dekabr ayları ərzində görülmüş işlər barədə məlumatlara əsasən hazırlanan cədvəldə əksini tapıb.

Həmçinin təhsil müəssisələrində maarifləndirmə tədbirlərinin keçirilməsinin təşkili, maarifləndirici və metodoloji vəsaitlərin dərc edilməsi və erkən nikahın və qohumlar arasında nikahın gənclərin həyat və sağlamlığına təhlükəsi barədə valideynlər arasında təbliğat işi təşkil edilib.

Cədvələ əsasən, BMT-nin Uşaq Fondunun Azərbaycandakı Nümayəndəliyinin və Təhsil Nazirliyinin birgə tədbirlər planına uyğun olaraq yerli icra nümayəndələrinin iştirakı ilə ümumtəhsil məktəblərində erkən nigah, məişət zorakılığı, sağlam həyat tərzi və s. mövzularda dəyirmi masalar keçirilib. Ümumtəhsil məktəblərində “Erkən nigaha yox deyək!” mövzusunda seminarlar təşkil olunub, maarifləndirici videoçarxlar hazırlanıb, “Erkən nikah və onun fəsadları” mövzusunda maarifləndirici tədbirlər təşkil olunub, 9-cu sinif “Həyat bilgisi” dərsliyinə “Sağlam ailə sağlam gələcəyin təminatıdır” mövzusu daxil edilib. Bundan əlavə, internat və internat tipli təhsil müəssisələrinin tərbiyəçilərinin illik fəaliyyət planlarına şagirdlərlə erkən nikahın mənfi nəticələrinə dair mühazirələrin keçirilməsi daxil edilib, ali təhsil müəssisələrində “Gender problemi və müasir Azərbaycan” mövzusunda illik elmi konfranslar təşkil edilib, iştirakçı mütəxəssislər tərəfindən “Erkən nikahda gender fərqi” mövzusu ətrafında müzakirələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR