AMEA elmi-istehsalat və elmi xidmət müəssisələrinin yeni təsnifatı müəyyənləşib

AMEA elmi-istehsalat və elmi xidmət müəssisələrinin yeni təsnifatı müəyyənləşib
# 10 aprel 2020 15:43 (UTC +04:00)

Azərbaycan Milli Elmlər Akademiyasının elmi-istehsalat və elmi xidmət müəssisələrinin yeni təsnifatı müəyyənləşib.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsində edilən dəyişiklikdə əksini tapıb.

Nizamnaməyə əsasən, indiyə qədər Akademiyanın təcrübi-konstruktor, layihə-konstruktor, təcrübi-istehsal, layihə-texnoloji müəssisələri, kitabxanaları, arxivləri Akademiyanın elmi xidmət müəssisələri sayılıb.

Dəyişikliyə əsasən, artıq Akademiyanın yüksək texnologiyalar parkları, təcrübə-sənaye qurumları, təcrübi-konstruktor, layihə-konstruktor, təcrübə-istehsal, layihə-texnoloji təşkilatları, habelə dayaq məntəqələri elmi-istehsalat müəssisələri, kitabxanaları və arxivləri isə elmi xidmət müəssisələridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR