Ağdaşda sanitar norma və qaydalara əməl etməyən kafe aşkarlanıb

Ağdaşda sanitar norma və qaydalara əməl etməyən kafe aşkarlanıb
# 16 iyul 2020 17:34 (UTC +04:00)

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Ağdaş şəhəri, H.Əliyev prospektində fəaliyyət göstərən fiziki şəxs Əhmədov Natiq Mahmud oğluna məxsus ictimai iaşə müəssisəsində reyd keçirib.

Nazirlikdən APA-ya verilən məlumata görə, reyd zamanı kafedə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən hazırlanmış ictimai iaşə müəssisələrində koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlərin tələblərinə əməl edilmədiyi, sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qüvvədə olan normativlərə cavab vermədiyi, qida məhsullarının saxlanma rejiminə düzgün əməl olunmadığı, işçilərin şəxsi gigiyena qaydalarına riayət olunmadığı aşkarlanıb.

Agentlik əməkdaşlarına sanitar geyimlə təmin olunmayan işçilərin dövri tibbi müayinədən keçmələri barədə məlumatlar, eləcə də istifadə olunan qida məhsullarının minimum keyfiyyət və təhlükəsizliyini təsdiqləyən sənədlər təqdim edilməyib. Reyd zamanı işçilərin işə başlamazdan əvvəl və vaxtaşırı olaraq dezinfeksiyaedici məhlullardan istifadə etmədikləri də məlum olub.

Qanunvericiliyin tələbləri çərçivəsində müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR