Agentlik sədri: "256 mindən çox insan dövlət büdcəsi hesabına icbari tibbi sığortadan istifadə edib"

Agentlik sədri: "256 mindən çox insan dövlət büdcəsi hesabına icbari tibbi sığortadan istifadə edib"
# 04 fevral 2021 11:16 (UTC +04:00)

"Pandemiyaya baxmayaraq, 23 rayon və şəhərdə icbari tibbi sığorta uğurla icra olunub".

APA-nın məlumatına görə, bunu ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə heyətinin sədri Zaur Əliyev deyib.

O bildirib ki, 256 mindən çox insan dövlət büdcəsi hesabına icbari tibbi sığortadan istifadə edib: "Tibb müəssisələrinin dərman və tibb vasitələri ilə təminat sayı artırılıb. Ötən il tibb müəssisələri 334 növ dərman vasitəsi ilə təmin olunub. Bu çeşidlər daha da artırılacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR