Agentlik sədri tibb müəssisələrində baş verən ölüm faktlarına münasibət bildirib

Agentlik sədri tibb müəssisələrində baş verən ölüm faktlarına münasibət bildirib
# 20 fevral 2020 12:07 (UTC +04:00)

"Əgər tibb müəssisəsində ölüm faktı baş verirsə, bu, dərhal aidiyyəti qurum tərəfindən araşdırmaya götürülür".

APA xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Eliyev keçirilən mətbuat konfransında deyib.

Z.Əliyevin sözlərinə görə, ölümdə həkim səhlənkarlığı ilə bağlı məqam varsa, xəstəxananın səlahiyyəti ondan ibarətdir ki, həmin tibb işçisinə töhmət versin: "Bu, həm də qeydə alınan ölüm faktının ağırlığı dərəcəsindən asılıdır. Bu halda həmin şəxs tutduğu vəzifədən uzaqlaşdırıla bilər. Zəruri iddiaları əsaslandıracaq sənədlər, faktlar varsa, toplanılır və araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim edilir. Artıq məhkəmə, tibbi ekspertiza, Səhiyyə Nazirliyinin komissiyaları məsələyə müdaxilə edir. Aparılan araşdırmanın yekun nəticələrinə uyğun olaraq qərar verilir. Hüquq-mühafizə orqanları da yekun nəticə əsasında müvafiq cəza tədbiri seçir. Ola bilər ki, nəticədən asılı olaraq tibbi personal və həkim müəyyən cəza və ya müəyyən məbləğdə cərimə ödəmə məsuliyyətinə cəlb olunsun.

Agentliyin işi bu kimi hadisələrin düzgün araşdırılması üçün zəruri faktları hüquq-mühafizə orqanlarına təqdim etməkdir".

Z.Əliyevin sözlərinə görə, elə hadisələr olub ki, ölüm faktında həkim və tibbi personalın günahı sübuta yetirilir və onlar tutduqları vəzifədən kənarlaşdırılırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR