Aprelin 11-də dövlət qulluğuna qəbul üçün Bakı və Gəncədə test imtahanları keçiriləcək

Aprelin 11-də dövlət qulluğuna qəbul üçün Bakı və Gəncədə test imtahanları keçiriləcək
  • Clock-gray 09:24
  • calendar-gray 08 Aprel 2021

Dövlət İmtahan Mərkəzi tərəfindən aprelin 11-də dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul olmaq üçün Bakı və Gəncə şəhərlərində test imtahanları keçiriləcək.

DİM-dən APA-ya verilən xəbərə görə, COVID-19 infeksiya ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində görülən işlərə uyğun olaraq imtahan binalarına yalnız tibbi maska daxil olmağa icazə veriləcək və namizədlərin məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq. İmtahan zallarında namizədlərin bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunacaq.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanır və 3 saat davam edir. Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmır. 

İmtahan kağız daşıyıcılar vasitəsilə Bakıda 5, Gəncədə isə 1 binada təşkil olunacaq. İmtahanda iştirak etmək üçün BA qrupu üzrə 411, BB qrupu üzrə 960 olmaqla, ümumilikdə 1371 namizəd  qeydiyyatdan keçib. İmtahanının keçirilməsi üçün 6 ümumi imtahan rəhbəri, 17 imtahan rəhbəri, 130 nəzarətçi‑müəllim, 12 buraxılış rejimi əməkdaşı ayrılıb.

apa-logo-mini

Digər xəbərlər