Azərbaycan-Fransız Universiteti magistraturaya qəbul elan edib

Azərbaycan-Fransız Universiteti magistraturaya qəbul elan edib
# 02 aprel 2020 17:58 (UTC +04:00)

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNFU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) magistratura proqramlarına sənəd qəbulu açıq elan olunub.

APA-nın xəbərinə görə, bu barədə Fransanın Azərbaycandakı səfirliyindən bildirilib.

Fiziki kimya və kimya mühəndisliyi, Tətbiqi kompüter elmləri (Big Data və Süni Zəka) və Geofizika proqramlarına sənəd qəbulu aprelin 10-dək davam edəcək.

UFAZ-ın qəbul imtahanı isə aprelin 29-da keçiriləcək.

Müraciət edənlər Dövlət İmtahan Mərkəzinin (DİM) imtahanında 70-dən artıq bal toplamalıdır.

Bakalavr təhsili ingilis dilində olmayan müraciətçilərdən isə minimum IELTS - 6.5 və ya TOEFL -80 sertifikatları tələb olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR