Azərbaycan İlahiyyat İnstitutunda təhsilalanların aylıq yemək xərcinin məbləği müəyyənləşib

   Azərbaycan İlahiyyat  İnstitutunda təhsilalanların aylıq yemək xərcinin məbləği müəyyənləşib
  • Clock-gray 15:54
  • calendar-gray 04 Sentyabr 2020

Nazirlər Kabineti “Azərbaycan İlahiyyat  İnstitutunda təhsilalanların aylıq yemək xərcinin məbləğinin və xüsusi geyim forması ilə təmin olunması normalarının təsdiq edilməsi haqqında” qərar verib.

APA-nın məlumatına görə, qərara əsasən, Azərbaycan İlahiyyat İnstitutunda bir təhsilalana verilən aylıq yemək xərci 60 manat məbləğində təsdiq edilib.

Aylıq yemək xərci bakalavriat səviyyəsində təhsilalanlara 4 ildən, magistratura səviyyəsində təhsilalanlara 2 ildən, doktorantura səviyyəsində təhsilalanlara isə 3 ildən çox olmayan müddət üzrə ödəniləcək.

Eyni zamanda “Azərbaycan İlahiyyat İnstitutunda təhsilalanların xüsusi geyim  forması  ilə  təmin  olunması  normaları”  təsdiqlənib.  Bu xərclər dövlət büdcəsində publik hüquqi şəxslər üçün nəzərdə tutulmuş vəsaitin bölgüsündə Azərbaycan İlahiyyat İnstitutuna ayrılan vəsait hesabına ödəniləcək.

Azərbaycan İlahiyyat İnstitutunda təhsilalanların xüsusi geyim forması ilə təmin olunması

N O R M A L A R I

 

 

Sıra

№-si

 

 

Geyimin adı

Bir nəfərə düşən əşyanın miqdarı

(norması)

 

İstifadə müddəti

Oğlan üçün geyim forması

1.

Tünd göy rəngli isti gödəkcə

1 ədəd

4 il

2.

Tünd göy rəngli pencək

1 ədəd

2 il

3.

Tünd göy rəngli şalvar

1 ədəd

2 il

4.

Qara rəngli qayış (şalvar üçün)

1 ədəd

2 il

5.

Ağ rəngli qısaqol köynək

1 ədəd

2 il

6.

Ağ rəngli uzunqol köynək

1 ədəd

2 il

7.

Tünd göy rəngli qalstuk

1 ədəd

2 il

8.

Tünd göy rəngli şərf

1 ədəd

2 il

Qız üçün geyim forması

1.

Göy rəngli isti gödəkcə

1 ədəd

4 il

2.

Tünd göy rəngli pencək

1 ədəd

2 il

3.

Tünd göy rəngli şalvar

1 ədəd

2 il

4.

Tünd göy rəngli yubka

1 ədəd

2 il

5.

Qara rəngli qayış (şalvar və yubka üçün)

1 ədəd

2 il

6.

Ağ rəngli qısaqol köynək

1 ədəd

2 il

7.

Ağ rəngli uzunqol köynək

1 ədəd

2 il

8.

Tünd göy rəngli şərf

1 ədəd

2 il

 

Ramiz Mikayıloğlu

Digər xəbərlər