Azərbaycan və Rusiyanın müvafiq qurumları Dağıstanda toplaşan insanlarla bağlı məsələni tənzimləmək üzərində işləyir

Azərbaycan və Rusiyanın müvafiq qurumları Dağıstanda toplaşan insanlarla bağlı məsələni tənzimləmək üzərində işləyir
# 29 may 2020 19:21 (UTC +04:00)

“Rusiyadan və Türkiyədən vətəndaşlarımızın Vətənə qayıtması təmin olunacaq. Ancaq bunun texniki tərəfi var”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

İ. Məmmədov deyib ki, Azərbaycan və Rusiyanın müvafiq qurumları Dağıstanda toplaşan insanlarla bağlı məsələni tənzimləmək üzərində işləyir: “Həm Rusiyadan, həm Türkiyədən, həm də ümumilikdə xaricdən hər həftə Azərbaycana 200-500 nəfərin gətirilərək karantin zonalarına yerləşdirilmə imkanı var. Karantin zonaları boşaldıqca insanlar xaricdən təxliyə olunur. Sərhədlər açılana, uçuşlar bərpa olunana qədər bu rejim bu qaydada davam edəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR