Azərbaycanda mimoza hostilis bitkisinin kultivasiyası qadağan edilir

Azərbaycanda mimoza hostilis bitkisinin kultivasiyası qadağan edilir
# 15 yanvar 2021 13:08 (UTC +04:00)

Azərbaycan ərazisində iqlim şəraitinə görə bitməyən mimoza hostilis (Mimoza tenuiflora) bitkisinin kultivasiyası qadağan edilir.

APA-nın məlumatına görə, bununla bağlı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” qanuna dəyişiklik təklif olunur.

Beləliklə, qanun layihəsi qəbul edildikdən sonra qanunsuz kultivasiya edilən mimoza hostilisin 1 ədədi (2 hissə) xeyli miqdar, 2 ədədi (3 hissə) isə külli miqdar sayılacaq və şəxs müvafiq qaydada cinayət məsuliyyətinə cəlb olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR