Azərbaycanda su ehtiyatlarına dair Milli Strategiya hazırlanacaq

Azərbaycanda su ehtiyatlarına dair Milli Strategiya hazırlanacaq
# 09 fevral 2021 17:04 (UTC +04:00)

“Su ehtiyatlrının idarə olunmasında hövzə prinsipi mütləqdir”.

APA-nın məlumatına görə, bunu “Ekspert saatı”nda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su ehtiyatlarının idarə edilməsi şöbəsinin müdiri Mütəllim Əbdülhəsənov deyib.

Onun sözlərinə görə, hövzə prinsipi ilə bağlı qanunvericilik aktları yoxdur: “Biz çaylarımızı hövzə prinsipi ilə idarə etsək, hardasa suyun bol, hardasa az olması ilə rastlaşmayacağıq. Hövzə prinsipinin tətbiqinə nail olsaq, suyun rejimi, bölüşdürülməsi ilə bağlı bir çox məsələlər öz həllini tapa bilər”.

M.Əbdülhəsənov deyib ki, hövzə şuralarının yaradılması, hövzə prinsipi ilə idarə olunması, çayların idarəedilmə planlarının hazırlanması dövlət səviyyəsində tətbiq olunması qarşıda duran məqsalərdəndir: “Artıq su ilə bağlı tədbirlər planında Milli Strategiyanın hazırlanması məsələsi qoyulub. Bu il ərzində strategiyanı hökumətə təqdim edəcəyik. Bu sahədə qurumların rəyləri öyrənilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR