Azərbaycanda xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması qaydaları dəyişib

Azərbaycanda xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması qaydaları dəyişib
# 21 sentyabr 2020 20:16 (UTC +04:00)

Nazirlər Kabineti “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nda dəyişiklik edib.

APA-nın məlumatına görə, qüvvədə olan Qaydalara əsasən, ali təhsil sahəsində ixtisasın tanınması barədə müraciətə (ərizəyə) dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə edilib.

Dəyişikliyə əsasən, artıq müraciətə (ərizəyə) dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə olunmayacaq. Bundan sonra Azərbaycan Respublikasında xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası), xarici dövlətlərdə verilən təhsil haqqında sənədlərin tanınması sahəsində göstərilən xidmətlərə görə Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş məbləğdə xidmət haqqı ödəniləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR