Azərbaycanda yaşı 65 və yuxarı olan əhalinin sayı açıqlanıb

Azərbaycanda yaşı 65 və yuxarı olan əhalinin sayı açıqlanıb
# 09 aprel 2020 10:43 (UTC +04:00)

2020-ci il yanvarın 1-nə olan məlumata əsasən, Azərbaycanda 65 və yuxarı yaşda əhalinin sayı 719,9 min nəfər təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Məlumata əsasən, onlardan 306,8 mini kişi, 413,1 min nəfəri qadındır.

Bildirilib ki, sözügedən yaş qrupunda olan əhalinin sayı, Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Şəki şəhərlərində və Abşeron, Şəmkir, Tərtər, Masallı, Tovuz, Cəlilabad, Xaçmaz, Quba, Bərdə rayonlarında üstünlük təşkil edib.

Həmin yaş qrupunda olanların əhalinin ümumi sayında xüsusi çəkisi isə Bakı, Naftalan, Gəncə, Naxçıvan və Sumqayıt şəhərlərində və Tərtər, Gədəbəy, Qazax, Qax, Neftçala, Şahbuz, İsmayıllı, Ağstafa, Göygöl, Ordubad, Tovuz, Qusar, Zaqatala rayonlarında ölkənin digər şəhər və rayonlarına nisbətən daha çox olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR