"Azərpoçt"un baş direktoruna yeni müavinlər təyin olunub - FOTO

"Azərpoçt"un baş direktoruna yeni müavinlər təyin olunub - FOTO
# 04 fevral 2021 19:22 (UTC +04:00)

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Azərpoçt" MMC-nin baş direktoruna yeni müavinlər təyin olunub.

"APA-Economics"in məlumatına görə, bu vəzifələrə Nazim Süleymanov və Əfqan Cəlilov təyin edilib.

Qeyd edək ki, Əfqan Cəlilov 2016-2020-ci illərdə "AGBank" ASC-də İdarə Heyətinin sədri vəzifəsində çalışıb.

Nazim Süleymanov 2019-cu ildən Mərkəzi Bankın Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktor müavini işləyib.

Bununla da “Azərpoçt”da müavinlərin sayı 5-ə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR