BMT rəsmisi: "Milli parkların daha yaxşı idarə edilməsi üçün yeni layihə hazırlanır"

BMT rəsmisi: "Milli parkların daha yaxşı idarə edilməsi üçün yeni layihə hazırlanır"
# 10 dekabr 2019 17:04 (UTC +04:00)

“Milli parkların daha yaxşı idarə edilməsi üçün yeni layihə hazırlanır”.

APA xəbər verir ki, bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfati təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mələk Çakmak deyib. O bildirib ki, layihə növbəti ildən həyata keçiriləcək:

“Layihəyə Qlobal Ekologiya Fondu tərəfindən 3 milyon dollar ayrılıb. Bundan başqa, Avropa İttifaqı tərəfindən dəstəklənən iki layihəmiz var. Bunlar kənd təsərrüfatında məsləhət və informasiya xidmətlərinin gücləndirilməsi ilə bağlıdır. Bu layihə Kənd Təsərrüfatı Nazirliyi ilə birgə həyata keçiriləcək. Daha bir layihə isə yerli qida istehsalını və buna dəstək verən informasiya məsləhət xidmətlərini gücləndirməklə bağlıdır. Bu layihə şimal bölgəsində həyata keçiriləcək. Layihə bölgələrdə qadınların işə cəlb edilməsi, yerli mətbəxi inkişaf etdirmək, qadınların hazırladıqları məhsulların turistlərə təqdim edilməsi, məhsulların daha yaxşı paketlənməsi ilə bağlı olacaq. Bu, insanların gəlirlərini artırmasına dəstək verəcək”.

M.Çakmak qeyd edib ki, qida israfını azaltmağa istiqamətlənən layihələr də olacaq:

“Bu, ərzaq istehsalı və qida israfı ilə bağlı layihədir. Qeyd edim ki, Dayanıqlı İnkişaf Məqsədlərində də bu, önəmli yer tutur. Bu layihəyə təxminən 800 min dollar pul ayrılacaq. Amma layihəyə Azərbaycandan başqa 3 Orta Asiya ölkəsi də daxildir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR