BNA: Hərbi parada görə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilir

BNA: Hərbi parada görə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilir
# 08 dekabr 2020 15:45 (UTC +04:00)

“Zəfər paradı” və mərasimin təlim məşqlərinə hazırlıqla əlaqədar olaraq, 8, 9 və 10 dekabr tarixlərində Lökbatan- 20-ci sahə - Bayıl, “Azneft” dairəsi - Neftçilər prospekti - “28 May” m/st-sı, Nobel prospekti - Xətai m/st-sı - “28 May” m/st-sı istiqamətində, eləcə də ətraf küçə və prospektlərdən keçən marşrut xətləri üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilir.

Bu barədə APA-ya Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

“Qeyd olunan ərazilərdən keçən müntəzəm və ekspres xətt avtobusların hərəkəti tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq alternativ küçə və prospektlərdən təşkil ediləcək. Müzəffər Ordumuzun düşmən üzərində şanlı qələbəsinə həsr olunan “Zəfər paradı”nın yüksək səviyyədə keçirilməsinə dəstək olmaq məqsədi ilə hərəkət iştirakçılarından qoyulan qaydalara anlayışla yanaşmalarını və əməl etmələrini xahiş edirik”, - deyə məlumatda bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR