Bahar Muradovanın Qulam İsaqzai ilə onlayn görüşü keçirilib

Bahar Muradovanın Qulam İsaqzai ilə onlayn görüşü keçirilib
# 18 iyun 2020 19:30 (UTC +04:00)

İyunun 18-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın BMT-nin Azərbaycan Nümayəndəliyinin rəhbəri, Rezident Əlaqələndirici Qulam İsaqzai ilə onlayn görüşü keçirilib.

Komitədən APA-ya bildirilib ki, onlayn görüş çərçivəsində BMT-nin Azərbaycan Hökuməti ilə əməkdaşlığı, onun müvafiq qurumları ilə Komitənin birgə fəaliyyəti, BMT-nin Dayanıqlı İnkişaf üzrə Çərçivə Sənədinin gender komponetinin, “Qadın məşğulluğunun təminatı ilə bağlı Milli Fəaliyyət Planı”na dəstəyin göstərilməsi və icrasına dair, o cümlədən, COVID-19 ilə bağlı yaranan mövcud vəziyyət və bununla bağlı görülən tədbirlər və digər məsələlər müzakirə olunub.

Qulam İsaqzai çıxışı zamanı keçən ilin ortalarından başlayaraq dövlət qurumları, vətəndaş cəmiyyəti və digər tərəfdaşlar tərəfindən aparılan görüş və müzakirələrin nəticəsində artıq BMT- Azərbaycan Çərçivə Sənədinin yekunlaşmaq üzrə olduğunu bildirib. Qeyd edilib ki, 2021-2025-ci illəri əhatə edən bu sənədin əsas komponenti Dayanıqlı İnkişaf Məqsədləri daxilində gender bərabərliyi və qadınların səlahiyyətləndirilməsidir.

Komitə sədri Bahar Muradova beynəlxalq təşkilatlar, eləcə də qeyri-hökumət təşkilatları ilə səmərəli əməkdaşlığın davam etdirilməsinin önəmini qeyd edərək, bu əməkdaşlığın daha da gücləndirilməsi və müsbət təcrübə mübadiləsinin aparılmasının bu istiqamətdə fəaliyyətin genişləndirilməsinə imkan yaradacağını diqqətə çatdırıb.

B.Muradova bu il Komitə tərəfindən ilk dəfə olaraq “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Milli Məclisə hesabat verəcəyini qeyd edib.

Azərbaycan Respublikasında “Qadın məşğulluğunun təminatı ilə bağlı 2021-2023-cü illəri əhatə edən” Fəaliyyət Planını diqqətə çatdıran Komitə sədri hazırda müəyyən təhlillər aparıldığını və bir sıra yeni fəaliyyət mexanizmlərinin yaranması istiqamətində sənədlərin hazırlandığını diqqətə çatdırıb.

Görüş çərçivəsində COVİD-19 pandemiyası dövründə dünyada qadın və uşaqlara qarşı baş verən zorakılıq halları, həmçinin, gender əsaslı zorakılıq ilə bağlı görülən işlər və gələcəkdə həyat keçirilməsi mühüm olan məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR