Bakı Konqres Mərkəzi Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 000 manat ianə edib

Bakı Konqres Mərkəzi Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 000 manat ianə edib
# 30 mart 2020 17:34 (UTC +04:00)

Bakı Konqres Mərkəzi Prezident İlham Əliyevin çağırışına qoşularaq Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 000 manat dəyərində ianə ayırıb.

Bu barədə APA-ya Mərkəzdən məlumat verilib.

“İnanırıq ki, Ümumdünya Səhiyyə Təşkilatı və Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə riayət edərək bu çətinliyin öhdəsindən gələcəyik”, - deyə məlumatda qeyd olunur.

Mərkəzdən o bildirilib ki, Bakı Konqres Mərkəzində mart və aprel aylarında nəzərdə tutulan tədbirlər təxirə salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR