Bu gecə Türkiyə və İtaliyadan 391 Azərbaycan vətəndaşı ölkəyə gətirilib

Bu gecə Türkiyə və İtaliyadan 391 Azərbaycan vətəndaşı ölkəyə gətirilib
# 18 mart 2020 09:23 (UTC +04:00)

AZAL martın 18-nə keçən gecə Azərbaycan vətəndaşlarının qaytarılması üçün daha iki çarter reysi yerinə yetirib.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, AZAL aviaşirkəti İstanbul-Bakı reysi ilə 230 nəfər, Roma-Bakı reysi ilə 161 nəfər sərnişini vətənə gətirib.

Xatırladaq ki, daha əvvəl Türkiyədən dörd çarter reysi ilə 868 nəfər Azərbaycan vətəndaşı gətirilib.

AZAL həmyerlilərimizin vətənə qaytarılması üçün çarter reyslərini yerinə yetirməyə davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR