Bu il balıq ovu qaydalarını pozduğuna görə 130-ə qədər şəxs saxlanılıb

Bu il balıq ovu qaydalarını pozduğuna görə 130-ə qədər şəxs  saxlanılıb
# 25 dekabr 2020 17:25 (UTC +04:00)

“Bu il ərzində 130-ə qədər şəxs balıq ovu qaydalarını pozduğuna görə saxlanılıb”.

APA-nın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi "Facebook" səhifəsində "Ekspert saatı" adlı canlı yayımda Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib.

Onun sözlərinə görə, onlardan 64 min 500 metrə qədər sintetik tor götürülərək məhv edilib: “Bu sintetik torlar balıqların məhvinə birbaşa səbəb olan qadağan edilmiş ov alətləridir. Eyni zamanda 100 min manatdan artıq cərimə tipli sanksiyalar tətbiq edilib. Bu işlərin bəziləri cinayət tərkibi yaratdığı üçün hüquq-mühafizə orqanlarına göndərilib. Bu işlər daim davam edəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR