"Bütün xəstəxanalara qoruyucu vasitələr verilib" - RƏSMİ

"Bütün xəstəxanalara qoruyucu vasitələr verilib" - RƏSMİ
# 28 fevral 2020 17:59 (UTC +04:00)

"Koronavirus aşkarlanmamışdan öncə və sonra sərhəddə işlər davam edir. Sərhədi keçən şəxslər termovizorla yoxlanılır, sonra ikinci mərhələdə həkimlər müayinə edir. Şübhə olanda karantinə alınır və virusla bağlı müayinə olunur".

APA-nın xəbərinə görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, bütün xəstəxanalara qoruyucu vasitələr verilib: "Hazırda Astara, Cəlilabad və Qobustanda 3 karantin xəstəxana var. Eyni zamanda dəstəkverici xüsusi xəstəxanalar da var, bunlar isə Biləsuvar, Masallı və Bakıdadır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR