COVID-19-a yenidən yoluxmanın səbəbi açıqlanıb

COVID-19-a yenidən yoluxmanın səbəbi açıqlanıb
  • Clock-gray 10:23
  • calendar-gray 07 Fevral 2021

Artıq bir dəfə COVID-19-a yoluxan şəxslərdə immunitet bitdikdən sonra xəstələrlə tez-tez təmasda olarsa onlar eyni virusa yenidən yoluxa bilər.

APA bildirir ki, bunu “RİA Novosti”yə tanınmış infeksionist Yevgeni Timakov söyləyib. O deyir ki, immunitet sistemi hər hansı bir dərman qəbulu nəticəsində zəifləyən zaman da təkrar yoluxma mümkündür:

"İnsanlar bir neçə səbəbdən yenidən xəstələnirlər. Koronavirus infeksiyası ömürlük toxunulmazlığa səbəb olmur. Bu su çiçəyi deyil".

Timakov deyir ki, insanlar hər il xəstələnirlər və 3-4 ildən bir patogenin yaratdığı xəstəlik təkrarlanır.

Bundan əlavə, mütəxəssisin dediyinə görə, əgər bir insan peşəsi və ya müəyyən şərtlər üzündən xəstə insanlarla daim təmasda olarsa, onun yenidən yoluxmaq ehtimalı çoxdur.

apa-logo-mini

Digər xəbərlər