Çindən Azərbaycana növbəti vaksin partiyası gətirilib

Çindən Azərbaycana növbəti vaksin partiyası gətirilib
# 01 aprel 2021 13:21 (UTC +04:00)

Çindən Azərbaycana növbəti vaksin partiyası gətirilib.

APA-nın məlumatına görə, Çinin “Sinovac”şirkətinin istehsalı olan “Coronavac” vaksininin növbəti partiyası bu gün ölkəyə çatdırılıb.

Qeyd edək ki, Çinin "Sinovac" şirkətinin istehsalı olan 4 milyon doza “CoronaVac” vaksininin Azərbaycana gətirilməsinə dair razılıq əldə olunub. Bundan əvvəl ölkəyə vaksin partiyası gətirilib.

Azərbaycanda vaksinləşmə prosesinə bu il yanvarın 18-dən start verilib. İndiyədək ölkədə ümumilikdə 547 541 nəfər vaksinasiyadan keçib.

Vaksinləşmə vətəndaşlar üçün pulsuzdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR