DİM: Magistraturaya qəbul üçün iki dəfə şans veriləcək

DİM: Magistraturaya qəbul üçün iki dəfə şans veriləcək
# 29 yanvar 2021 11:43 (UTC +04:00)

“Buraxılış imtahanının nəticəsi iki il qüvvədə qalır. Ötən ilin məzunları bu il buraxılış imtahanı da verməyə bilər və keçənilki nəticə ilə ikinci mərhələdə iştirak edə bilərlər”.

APA-nın xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransında deyib.

O həmçinin bildirib ki, magistraturaya qəbul üçün iki dəfə şans veriləcək: “İmtahan verən şəxs hər iki imtahanda iştirak etsə də, maksimal bal topladığı imtahanın nəticəsi əsas götürüləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR