DOST mərkəzlərində göstərilən xidmətlərin sayı artırıla bilər

DOST mərkəzlərində göstərilən xidmətlərin sayı artırıla bilər
# 19 mart 2021 13:32 (UTC +04:00)

“DOST mərkəzlərində 10 istiqamət üzrə 132 xidmət göstəririk, onlardan 115-i birbaşa funksional, digərləri isə yardımçı xidmətlərdir”.

APA-nın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Facebook” səhifəsindəki “Sosial saat”da Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyi) İdarə Heyətinin sədri Fərid Məmmədov bildirib. Onun sözlərinə görə, mərkəzlərdə həm notarial, həm bank, həm də psixoloq xidmətləri var: “Hər bir xidmətin xidmət pasportunu və təlimatlarını hazırlamışıq. Saytımız vasitəsilə vətəndaşlar həmin pasport və təlimatlarla tanış ola bilərlər. Yaxın zamanlarda göstərilən xidmətlərin sayına yenidən baxacağıq, xidmətlərin sayında artım ola bilər, bu, potensial olaraq mümkündür. Amma təkmilləşmə işi daim gedir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR