Daha 3 qazi yüksək texnologiyalı protezlərlə təmin edilib

Daha 3 qazi yüksək texnologiyalı protezlərlə təmin edilib
# 03 fevral 2021 11:13 (UTC +04:00)

Vətən müharibəsində yaralanmış daha üç qazi yüksək texnologiyalı protezlərlə təmin edilib.

APA-nın məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində keçirilən tədbirdə müharibədə yaralanmış daha üç qazimiz - Ziya Ağami oğlu Kazımov, Rəşad Amin oğlu Əliyev və Kənan Nadir oğlu Musayev yüksək texnologiyalı protezlərlə təmin ediliblər.

Tədbirdə müasir protezlərin üstünlükləri nümayiş olunub, tibbi-sosial ekspertiza və reabilitasiya sahəsində görülən işlər və hədəflərə barədə məlumat verilib.

Qeyd olunub ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial dəstək tədbirləri çərçivəsində Vətən Müharibəsi qazilərinin yüksək texnologiyalı protezlərlə təminatı davam edir. Sonra Agentliyin sədri Cavid Əbdül-Qədirov həmin qazilərlə görüşüb.

Qazilər yüksək texnologiyalı protezlərlə təmin olunduqları üçün Ali Baş Komandana təşəkkürlərini bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR